Bu razılaşmaya əsasən www.tokla.az Satıcı, Sayta daxil olaraq təqdim olunan məhsulları seçən istifadəçi isə Alıcı şəxsində çıxış edir. SATICI elektronika vasitələrinin satışını onlayn qaydada tokla.az saytı vasitəsilə həyata keçirir, sayta daxil olan ALICI məhsul seçimini edib fərdi məlumatları, ünvan və ödəniş məlumatlarını daxil edərək malların/xidmətlərin alınması, qaytarması, dəyişməsi və digər formada istifadəsi imkanından istifadə edir. Tokla.az saytından istifadə edən ALICI , SATICI-nın bu razılaşmada ifadə olunan şərtlərini qəbul etdiyini təsdiqləmiş olur.
  • Tokla.az saytında satılan mallar/xidmətlər üzrə qaytarma və dəyişmə şərtləri Azərbaycan Respublikasının İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında qanununun 15-ci maddəsi ilə tənzimlənir.
  • Tokla.az saytında göstərilən məhsulların şəkilləri alınmış malla 100% eyni olmaya bilər.
  • ALICI seçim etdiyi məhsul üzrə alış prosesini tamamlamaq üçün fərdi məlumatlarını və ödəniş məlumatlarını daxil edərək Sifarişini tamamlamış və alış prosesini həyata keçirmiş olur.
  • ALICI, SATICInın gələcəkdə də fəaliyyəti , yeni məhsul, eləcə də endirim kampaniyaları barədə məlumatı ALICI-nın təqdim etdiyi fərdi məlumatları üzrə elektron poçt, SMS vasitəsilə məlumatlandırılmasını qəbul edir.
  • ALICI sifariş etməklə SATICInın öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir və SATICI sifariş ilə bağlı 3-cü şəxslərin bu Razılaşmadan kənara çıxan hərəkətlərinə görə məsuliyyət daşıyır.
  • Sifariş verildikdən sonra ALICInın ünvanının məsafəsindən asılı olaraq SATICI sifarişin çatıdırılma tarixi, vaxtı və digər şərtləri barədə ALICIya məlumat verir.
  • Dəyişmə və qaytarılma yalnız sənədlərdə qeyd olunan şəxsin iştirakı ilə və yalnız TOKLA mağazalarında aparılır.
  • Sifariş, qaytarma, dəyişmə, çatdırılma və ya digər müraciətləri ALICI,SATICI-nın 010-214-16-06 Vatsap nömrəsinə və info@tokla.az elektron poçt ünvanına təqdim edə bilər.
  • Sifariş, qaytarma, dəyişmə, çatdırılma və ya digər müraciətləri ALICI,SATICI-nın 010-214-16-06 Vatsap nömrəsinə və info@tokla.az elektron poçt ünvanına təqdim edə bilər.
  • Bu Razılaşma və icrası üzrə yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Danışıqlar yolu ilə həllini tapmayan mübahisələr müvafiq qaydada Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə yolu ilə həll edilir.