Mağazalarımızın olduğu bölgələrdə dəyəri 50 AZN-dən yuxarı olan məhsulların istər kredit, istərsə də nağd, taksit kartları ilə alışı zamanı çatdırılma xidməti mövcuddur və pulsuzdur.
Böyük məişət əşyaları ilk 3 iş günü ərzində çatdırılır və növbəti ilk 3 iş günü ərzində quraşdırılır. Digər məhsullar 24 saat ərzində çatdırılır.
Yalnız online sifariş kateqoriyasında olan məhsullər ilk 3 iş günü ərzində çatdılır.
Çatdırılan məhsul yalnız onlayn alış edən müştərinin özünə verilə bilər. Heç bir halda digər şəxsə verilmir.
Onlayn qaydada kreditlə məhsul sifariş verildikdə məhsulun çatdırılması zamanı şəxsiyyət vəsiqəsi sahibinin identifikasiyasının təsdiqi üçün çəkiliş aparıla bilər
Sifariş çatdırılan zaman müştəri müqaviləyə imza çəkməli, şəxsiyyət vəsiqəsinin əslini kuryerə təqdim etməli və həmin vəsiqənin surətini ona verməlidir.
Çatdırılma xidməti Koordinasiya şöbəsi tərəfindən həyata keçirilir və ümumi qaydalar əsasında işləyir.